Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş gününə həsr edilmiş tədbir

15 iyun 2016 | 16:00

15 iyun 2016-cı il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr edilmiş “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycam Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "İRƏLİ" İctimai Birliyinin sədri MirHəsən Seyidov , Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gəncə-Qazax İqtisadi zonasının şəhər və rayon Gənclər və İdman idarələrinin rəisləri və Şəmkir rayon sakinləri iştirak etmişdir.
Tədbir konsert programı ilə davam etmişdir.

Keçidlər