Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti qəbulu 27.05.2016

27 may 2016 | 16:00

27 may 2016-cı il tarixində Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
  Vətəndaşların qəbulu saat 09:30-da başlamış saat 12:00-dək davam etmişdir. Qəbula yazılmış 51 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Dinlənilmiş cox saylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər