Şriftin ölçüsü :

Saytın rəngi :

İstiqlal şairi Ə.Cavadın xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir.

27 may 2016 | 16:00

Şəmkir Rayon Mədəniyyət və Truzim şöbəsinin təşkilatcılığı ilə İstiqlal şairi Əhməd Cavadın xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə təşkil olunmuşdur.
Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məleykə xanım Əlizadə istiqlal şairinin həyat və yaradıcılığından danışmış, onun ədəbi irsinin əhəmiyyətini vurğulamışdır.
Sonra Əhməd Cavadın vətənpərvərlik mövzularında şeirləri oxunmuş, sözlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.
Tədbirdə həmçinin Mərkəzi Kitabxana Sisteminin Əhməd Cavadın xatirəsinə həsr olunmuş kitab sərgisi nümayiş olunmuşdur.

Keçidlər