Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhadətlərinin ildönümü doğma evlərində anıldı-FOTOLAR

21 dekabr 2021 | 16:00

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan şəhid qardaşlar Cavid və Çingiz Məmmədov, Elbrus Hüseynov, Üzeyir Rüstəmov, Rəşad Yusibov və Vüsal Cəfərov şəhadətlərinin ildönümündə ailələri və məzarları ziyarət olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhidlərin ailə üzvləri , Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş oğulların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.

Anım mərasimində icra başçısı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəmkirli döyüşçülərin qəhrəmanlıqlarından danışıb.

Tədbirlər çərçivəsində Yeniabad kəndindən olan şəhid qardaşlar Cavid və Çingiz Məmmədovun xatirəsinə rayon fəalları tərəfindən ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Keçidlər