Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı Rəşad Tağıyev şəhidlərin il mərasimlərində iştirak edib- FOTOLAR

08 dekabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.

Bu günlərdə Şəmkir rayon rəhbərliyi və ictimaiyyət şəhidlərinin xatirəsini ehtiramla anır, onların məzarlarını ziyarət edir, ailələrinə baş çəkirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş şəhid kapitan Arzu İsgəndərov, şəhid Təbriz Namazov və şəhid Ayxan Qədimovun ildönümlərində məzarlarını ziyarət edib.

İcra başçısı əvvəlcə şəhidlərin ailə üzvləri , Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.

Rəşad Tağıyev anım mərasimində şəhidin yaxınlarına başsağlığı verərək onların gündəlik qayğı və probelemləri ilə maraqlanıb. İcra başçısı bildirib ki, bu gün bütün şəhidlərə hərtərəfli dəstək göstərilib və bundan sonra da göstəriləcək. Rəşad Tağıyev bu sahədə ölkə rəhbərliyinin müvafiq tapşırıq və göstərişlərinin ardıcıl şəkildə icra olunduğunu qeyd etdi.

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Keçidlər