Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev sərbəst güləş üzrə dünya mükafatçısı Zirəddin Bayramovu qəbul edib

24 noyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəmkirli idmançı, sərbəst güləş üzrə yerli və beynəlxalq turnirlərin qalibi Zirəddin Bayramov və məşqçisi Elçin Həsənovu qəbul edib.

İcra başçısı görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda sosial-iqtisadi sahənin, o cümlədən idmanın daha da inkişaf etdirilməsi sahəsində əldə olunan uğurlardan danışıb: “Bu gün cənab Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın kütləviliyi təmin olunur. Görülən işlərin bir parçası olaraq Şəmkir rayonunda da  idmanla məşğul olan gənclərin sayı kəskin artır”.

Zirəddin Bayramovu qazandığı müvəffəqiyyətlər münasibətilə təbrik edən  Rəşad Tağıyev Şəmkirdə müxtəlif idaman növlərinin, o cümlədən sərbəst güləşin inkişafı üçün atılan addımlardan söz açıb, idmançılarla bu istiqamətdə görülə biləcək işləri müzakirə edib.

Dünya və Avropa çempionatlarında uğurlar qazanan, sərbəst güləş üzrə Azərbaycan Milli komandasının üzvü, güləşimizin gələcək prespektivlərindən hesab olunan Zirəddin Bayramov və məşqçisi Elçin Həsənov səmimi qəbula görə Rəşad Tağıyevə təşəkkür edib, gələcəkdə də bayrağımızı zirvələrdə dalğalandırmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Qəbul zamanı iştirak etdiyi yarışlardan danışan Zirəddin Bayramov Serbiyanın paytaxtı Belqradda keçirilən yarış haqda xatirələrini bölüşüb: “Dünya çempionatında 65 kiloqramda çıxış etdim. Çempionatından əvvəl Xasavyurdda təlim-məşqdə olduq. Ciddi şəkildə yarışa hazırlaşdım. Hədəfim ancaq çempionluq idi. Rusiya güləşçisi ilə görüşdə ani boşluq nəticəsində rəqibə xal verdim və minimal fərqlə məğlub oldum. Buna baxmayaraq, şükürlər olsun ki, 3-cü yerə çıxa bildim”.

Sonda Zirəddin Bayramova növbəti yerli və beynəlxalq yarışlarda daha böyük uğurlar arzulayan icra başçısı qazandıqları uğurlara və Azərbaycan idmanının inkişafında göstərdikləri səmərəli fəaliyyətlərinə görə RİH başçısının “Fəxri Fərmanı” ilə təltif edib.

Keçidlər