Şriftin ölçüsü :

Saytın rəngi :

TƏZƏKƏND ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

24 sentyabr 2021 | 16:00

27 sentyabr Anım Günü ilə əlaqədar Şəmkir rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində bu gün Şəmkir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn Yunisli Elşən Fazil oğlu, Məmmədov Rüstəm Müsəllim oğlu, Həsənov Bəşir Xəqani oğlu və  Hüseynov Anar Saday oğlunun ailəsini ziyarət edib, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən şəhidlərin xatirəsini yad edib, dərin ehtiramlarını çatdırıblar.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.

Keçidlər