Şriftin ölçüsü :

Saytın rəngi :

ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB

24 sentyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Şəmkir şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 27 sentyabr Anım Günü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər davam etdirilir.

Bu gün Şəmkir Suvarma Sistemləri İdarəsinin, Şəmkir Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin, 2 Saylı Regional Maliyyə Müfəttişliyinin Şəmkir Maliyyə İdarəsinin, Rayon Statistika İdarəsinin, rayon Telekommunikasiya Qovşağının rəhbərliyi və məsul işçiləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid Əliyeva Nurçin Emin qızı, Qəribzadə Hüseyn Qədir oğlu, Qurbanov İsmət Firuz oğlu, Qarayev Telman Əli oğlu, Qədimov Ayxan Fikrət oğlu, Yusibov Rəşad Nazim oğlu, Səmədov Elgün İlham oğlu, şəhid Namazov Təbriz Ələmdar oğlu, şəhid Məmmədov Vüsal Aydın oğlu, Abdullayev Mərahim Aslan oğlu, Əkbərli Rüfan Elzabit oğlu, Ələsgərli İlkin Bəkir oğlu, Namazov Babək Səhman oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər