Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUB

24 sentyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Şəmkir şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 27 sentyabr Anım Günü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər davam etdirilir.

Bu gün Şəmkir Poçt Filialının rəhbərliyi və məsul işçiləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid Nadirli Nadir Arzu oğlu, şəhid Şahbazov Şahbaz Mirzə oğlu, şəhid Gülməmmədov Eşqin Rabil oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.

Keçidlər