Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

20 sentyabr 2021 | 16:00

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

EMİN ALMƏMMƏDOV

Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub.

Hərbi xidməti

Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə, döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

ALLAH RƏHMƏT ELƏSİN!

Keçidlər