Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

20 sentyabr 2021 | 16:00

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

HABİL ƏBDÜRRƏHİMLİ

Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.

2003-2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb.

Hərbi xidməti

Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Habil Əbrürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbrürrəhimli noyabrın 8-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edildi.

ALLAH RƏHMƏT ELƏSİN!

Keçidlər