Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ FERMERLƏR YERLİ BAZARA ÜSTÜNLÜK VERƏCƏK

23 aprel 2021 | 16:00

Bu gün kənd təsərrüfatı sektoru Şəmkir rayonu üçün ən perspektivli sənaye sektorudur. Hazırda Şəmkirdə kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Rayonda kənd təsərrüfatı məhsullarının satışı üçün sahibkarlara dövlət dəstəyi də yüksək səviyyədə aparılır və mütamadi olaraq fermerlərlə müzakirələr aparılır.

Şəmkir fermerlərinin istehsal etdikləri məhsulların yerli bazarlarda satışını təmin etmək məqsədi ilə işgüzar görüşlər təşkil olunur, fermerlərlə birlikdə müzakirələr aparılır. Görüşlər zamanı fermerlər öz məhsullarını yerli istehlakçılara təqdim edir, yerli bazarlar isə onlara alış-satış təklifləri görüş keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə daha bir görüş “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri ilə baş tutub.

Şəmkir RİH başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi görüşdə “Veysəloğlu”nun Müşahidə Şurasının sədr müavini Bəxtiyar Allahverdi, şirkətin digər məsul şəxsləri , “Araz” Marketlər Şəbəkəsinin direktoru Rəşad İbrahimov, və yerli fermerlər iştirak ediblər.

Görüşdə iştirak edən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov bildirib ki,  “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri ilə yerli fermerlərin görüşünün təşkil olunmasında məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli ərzaq məhsullarının satışına dəstək göstərmək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına şərait yaratmaqdır.

Görüş zamanı yerli fermerlər öz məhsullarını təqdim edib, daha sonra təsərrüfatlara yerində baxış keçirilib.

 

Keçidlər