Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, BAŞ-LEYTENANT YENİ YARADILMIŞ ŞÖBƏYƏ MÜDİR TƏYİN EDİLDİ

22 aprel 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə yeni təyinat olub.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Şəmkir Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Belə ki, Şəmkir RİH başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Baş-leytenant Namazov Sərdar Qurban oğlu təyin edilib.

Sərdar Namazov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qeyd edirik ki, Sərdar Namazov 1978-ci ildə Təzəkənd kəndində anadan olub, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından S.Namazovu təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq!

Keçidlər