Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİ FERMERLƏR ÜÇÜN YENİ İMKANLAR, YENİ BAZAR

14 aprel 2021 | 16:00

"Rayonun kənd təsərrüfatının dayanıqlı inkişafına dövlət dəstəyi"
Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Bu sahənin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Bu gün kənd təsərrüfatı sektoru Şəmkir rayonu üçün ən perspektivli sənaye sektorudur.
Hazırda Şəmkirdə kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir.
Bu gün rayonda kənd təsərrüfatı məhsullarının satışı üçün sahibkarlara dövlət dəstəyi də yüksək səviyyədə aparılır və mütamadi olaraq fermerlərlə müzakirələr aparılır.
Rayon fermerlərinin istehsal etdikləri məhsulların satışı üçün bu günlərdə daha bir mühüm ticarət mərkəzi rayonda fəaliyyətə başladı. Belə ki, 11 martdan etibarən “BRAVO” Şəmkirdə ilk superstor formatında marketlərinin qapılarını müştərilərinin üzünə açdı.
Bu gün isə Şəmkirli fermerlərin öz məhsullarını “BRAVO” superstorunda satışını təmin etmək məqsədi ilə görüş keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan görüşdə RİH başçısı Alimpaşa Məmmədov, “BRAVO” supermarketlər şəbəkəsinin icraçı direktoru Kevin Landi, Kommersiya departamentinin direktoru Gökhan İşıldar, Təzə Qida departamentinin direktoru Azad İsmayılov və yerli fermerlər iştirak ediblər.
Görüşdə iştirak edən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov bildirib ki,  “BRAVO” supermarketlər şəbəkəsinin nümayəndələri ilə yerli fermerlərin görüşünün təşkil olunmasında məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli ərzaq məhsullarının satışına dəstək göstərmək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına şərait yaratmaqdır.
Görüş zamanı yerli fermerlər öz məhsullarını təqdim edib, daha sonra təsərrüfatlara yerində baxış keçirilib.

Keçidlər