Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏFA XANIM CAVADOVA ŞƏFALI QAYĞISI İLƏ QAZİMİZ FAMİLƏ DƏ DƏSTƏK GÖSTƏRDİ

02 fevral 2021 | 16:00

İslam isə təşəkkür etmək üçün döyüş yoldaşı ilə həkimini ziyarət etdi.

Bizə qalib ölkə sevinci yaşadan əsgərlərimizidən kimi şəhid olaraq ən böyük zirvəyə qalxdı, kimisi isə qazi olaraq qalib əsgər kimi evinə döndü. Bu gün Şəhid ailələri diqqət mərkəzində saxlanıldığı kimi, qazilərimizin də sağlamlığı hər birimiz üçün vacib və önəmli məsələdir.

Xəbər verdiyimiz kimi, qazilərimizdən biri, Şuşa döyüşlərində qəhrəmalıq göstərən Yeni Həyat kənd sakini Həsənov İslam İlqar oğlunun döyüşlər zamanı dili tutulur. Qazimizin sağlamlığının bərpası üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “MEDİKUS CLİNİC-ə müraciət olundu.

Həkim Şəfa Cavadova tərəfindən müalicə olunan qazimiz artıq danışmağa başlayıb.

Bu gün isə Şəmkir şəhərindən olan Şuşa döyüşlərində qəhrəmalıq və şücət göstərən növbəti qazimiz Niftalıyev Famil Zirəddin oğlu da Şəfa xanım Cavadova tərfindən müayinə və müalicə olunub.

Famillin müalicəyə getdiyini eşidən qazimiz İslam da ona yenidən danışmağı qaytaran həkimini ziyarət edib, təşəkkürlərini çatdırıb.

Göstərdiyi dəstəyə və əvəzsiz xidmətlərinə görə Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından “MEDİKUS CLİNİC”ə və Həkim Şəfa Xanım Cavadovaya dərin təşəkkürümzü bildiririk.

Keçidlər