Şriftin ölçüsü :

Saytın rəngi :

ƏNTİQƏ CƏFƏROVA "TƏRƏQQİ" MEDALI İLƏ TƏLTİF EDİLİB

01 fevral 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Cəfərova Əntiqə Məhəmmədəli qızı Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və İcra Hakimiyyətinin məsul şəxsləri Əntiqə Cəfərovanı təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıblar.

İcra başçısı təbrikində bildirib ki, bu medal Sizin dövlətə və dövlətçiliyə sədaqətinizin bariz nümunəsidir. Siz medalla təltif olunmusunuzsa, deməli rəhbərlik etdiyiniz kəndə layiqli xidmət etmisiniz.

Əntiqə Cəfərova da öz növbəsində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya və İcra başçısına göstərdikləri daimi diqqət və dəstəyə görə təşəkkürünü bildirdi, Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Əntiqə Cəfərovanı təbrik edir, uğurlar arzulayırıq.

Keçidlər