Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH-DƏ QARABAĞ MÜHARİBƏSİ QAZİSİNƏ VƏZİFƏ VERİLDİ

18 yanvar 2021 | 16:00

əmkir Rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Salahov Məmməd Kamil oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

1971-ci ildə Könüllü kəndində anadan olan S.Məmməd Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını bitirib.

I Qarabağ müharibəsinin iştirakçısı, qazidir.

Ailəlidir 3 övladı var.  Oğlu Salahov Taleh Məmməd oğlu da II Qarabağ müharibəsinin iştirakçısıdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Məmməd Salahovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər