Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ AĞAC ƏKİLDİ

22 dekabr 2020 | 16:00

Şəmkirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyası Şəhidlər Xiyabanı abidə kompleksinin ərazisində reallaşdırılıb.

Ağacəkmə aksiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru və Aqrar İnkişaf Könüllüləri iştirak ediblər.

Aksiyada qeyd edilib ki, Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa dilənib.

Şəhidlər Xiyabanına əkilən ağaclar əsasən Eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.

Keçidlər