Şriftin ölçüsü :

Saytın rəngi :

AĞLAVAŞLI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ ƏBƏDİLƏŞDİRMƏK ÜÇÜN KƏND SAKİNLƏRİNDƏN ÖRNƏK ADDIM

17 dekabr 2020 | 16:00

Şəmkir rayonunun Ağlavaşlı kənd sakini Musayev Elmir İsfəndiyar oğlu kəndin şəhidləri ilə bağlı örnək addıma imza atıb.

Belə ki, E.Musayev kəndin mərkəzində Ağlavaşlı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün “Şəhidlər” adlı abidə komleksi yaradıb.

Qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuş kompleksdə  kəndin şəhidlərinin fotoları vurulub, abidənin ərazisi abadlaşdırılıb və həmşəyaşıl ağaclar əkilib.

Qeyd edək ki, vətənimizin bu mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Onu da bildirək ki, Elmir Musayev hər zaman xeyriyyəçi işləri ilə tanınıb. Bundan öncə o sağlamlıq imkanlar məhdud olanlar üçün 5 ədəd əlil arabası dəstəyi göstərib.

 

Keçidlər