Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİNİN İNKİŞAF VƏ KARYERA MƏRKƏZİNİN KÖNÜLLÜLƏR ÜZRƏ MÜTƏXƏSSİSİ BAĞÇA MÜDİRİ TƏYİN EDİLDİ

23 sentyabr 2020 | 16:00

Şəmkir rayonunun Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasına yeni müdir təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Muxtarova Tərlan Telman qızı Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.

Tərlan Muxtarova bundan öncə Gəncə Dövlət Humanitar Kollecdə İngilis dili müəllimi, Xanallara kənd tam orta məktəbdə psixoloq, Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzində Könüllülər üzrə mütəxəssis vəzifələrində çalışıb. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Könüllülər İlində könüllülərə və könüllülərlə birgə çalışan şəxslərə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən birçox imkanlar yaradılıb və həmin şəxslərə birbaşa dəstək göstərilib. 

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından T.Muxtarovanı təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər