Şriftin ölçüsü :

Saytın rəngi :

"#DOĞMA #KƏNDİMDƏ #BİR #İZ #QOYDUM" layihəsinə bu dəfə #KEÇİLİ sakinləri qoşuldular

07 sentyabr 2020 | 16:00

YENİ YOL SALINIR

Şəmkir rayonunda quruculuq-abadlıq işləri geniş vüsət alıb

Bu günlərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir layihə-"Doğma kəndimdə bir iz qoydum" start götürdü. Artıq layihəyə qoşulanların sayı durmadan artır.

Bu dəfə #KEÇİLİ kəndinin el-obasına dəyər verən sakinləri doğma kəndlərində xeyriyyə işləri həyata keçiriblər.

Belə ki, Keçili kənd İcra Nümayəndəliyi və kənd bələdiyyəsinin təşkilatçılığı ilə sakinlər İpək Yolu-Kür qəsəbəsi avtomobil yolun Keçili kəndinə gedən hissəsində, Şəmkir çayının üzərindən keçən körpünü təmir etdirib, yeni yol salırlar.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da kənd sakinlərinin dəvəti ilə əraziyə gedib, görüləcək işlərlə bağlı müzakirələr aparıblar.

İcra başçısı sakinlərin doğma kəndləri üçün gördüyü işləri yüksək qiymətləndirib, bu işdə əməyi olan bütün #Keçili sakinlərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, görüləcək işlər zamanı Şəmkir çayının üzərindəki körpü və yol genişləndiriləcək, yolun ətrafı abadlaşdırıb,  tullantılardan təmizlənəcək.

Abadlıq işlərinin həyata keçirilməsi məqsədi ilə əraziyə 10 ədəd texnika cəlb edilib.

#QEYD: Ərazidə görülən işlərlə bağlı geniş videoreportaj təqim olunacaq.

Keçidlər