Şriftin ölçüsü :

Saytın rəngi :

"DOĞMA KƏNDİMDƏ BİR İZ QOYDUM" LAYİHƏSİNƏ BU DƏFƏ TƏZƏKƏND SAKİNLƏRİ QOŞULDULAR

04 sentyabr 2020 | 16:00

Bu günlərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir layihə-"Doğma kəndimdə bir iz qoydum" start götürdü. Artıq layihəyə qoşulanların sayı durmadan artır. Bu dəfə Təzəkənd kəndinin  el-obasına dəyər verən sakinləri doğma kəndlərində xeyriyyə işləri həyata keçiriblər.

Belə ki, Təzəkənd bələdiyyəsinin təşkilatçılığı ilə sakinlər kəndin daxili yollarını abadlaşdırıb. Küçələrə qum-çınqıl tökülərək, texnika ilə hamarlaşdırılırb və küçələrin ətrafı tullantılardan təmizlənib. Eyni zamanda ərazi təmizlənib, tullantıların tökülməsi üçün müəyyən olunmuş yerlər seçilib.

Abadlıq işlərinin həyata keçirilməsi məqsədi ilə 5 ədəd texnika cəlb edilib.

Keçidlər