Şriftin ölçüsü :

Saytın rəngi :

İRMAŞLI KƏNDİ 27 YAŞLI GƏNCƏ TAPŞIRILDI- ŞƏMKİR RİH-DƏ YENİ TƏYİNAT

03 sentyabr 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Sadıqov Ayaz Rasim oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

27 yaşlı gənc bundan öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Daşbulaq kənd İƏD üzrə nümayəndəliyində müavin vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ayaz Sadıqovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər