Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR SAKİNİ MÜRACİƏT ETDİ...

01 sentyabr 2020 | 16:00

Şəmkir şəhər sakini Mejlumova Nəzakət Qurban qızı tərəfindən fərdi yaşayış evinin kanalizasiya xəttinin mərkəzi xəttə birləşdirilməsinə köməklik göstərilməsi barədə Şəmkir Rayon İcra Hakimiyyətinə etdiyi müraciət əsasında onun yaşadığı evə baxış keçirilib.

Belə ki, Şəmkir şəhəri M.Ə.Rəsulzadə küçəsi, 105 nömrəli ünvanın sakini Mejlumova Nəzakət Qurban qızının tənha yaşaması və birinci qrup əlil olması nəzərə alınaraq onun fərdi yaşayış evində yerləşən mövcud kanalizasiya xəttinin mərkəzi xəttə qoşulması istiqamətində işlərə başlanılmışdır.

Nəzakət Mejlumova etdiyi müraciətə anında baxılmasına və göstərilən köməyə görə təşəkkürünü bildirib.

Hər zaman olduğu kimi bu gün də Şəmkir rayonunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır və mövcud problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Keçidlər