Şriftin ölçüsü :

Saytın rəngi :

QƏDİMQALA SAKİNLƏRİNDƏN ÖRNƏK ADDIM

31 avqust 2020 | 16:00

KƏNDİN BÜTÜN KÜÇƏLƏRİ TƏMİR EDİLDİ

Şəmkir rayonunda quruculuq-abadlıq işləri geniş vüsət alıb

Şəmkir şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə yolların abadlaşdırılması, suvarma kanal və arxlarının təmizlənməsi, eyni zamanda ekaloji təmizlik yaratmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi artıq sakinlərin də bu işlərdə fəallığına səbəb olub.

Bu günlərdə rayonun Qədimqala kənd sakinlərinin təşəbbüsü və maddi dəstəyi ilə kənd ərazisində olan bütün yollar abadlaşdırılıb. Həmin küçələrə qum-çınqıl tökülərək, texnika ilə hamarlaşdırılırb və küçələrin ətrafı tullantılardan təmizlənib. Eyni zamanda kəndin qəbristanlığına gedən yol təmir edilib, ərazi təmizlənib və su çəkilib.

Belə ki, abadlıq işlərinin həyata keçirilməsi məqsədi ilə 9 ədəd texnika cəlb edilib.

Keçidlər