Şriftin ölçüsü :

Saytın rəngi :

“Qısa müddətdə Tovuzda zərər görmüş bütün evlər bərpa ediləcək” - Prezident Cənab İlham Əliyev

23 iyul 2020 | 16:00

“Mən dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər çəkmiş bütün binalar, – indi komissiya təşkil olunub, - inventarlaşdırılacaq və qısa müddət ərzində biz bütün evləri bərpa edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib:

“Amma insanların həyatını bərpa etmək olarmı? 76 yaşlı ağsaqqalın həyatını bərpa etmək olarmı? Bunu kim edib? Ermənistan edib. Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər. O vaxt bizim gücümüz yox idi. Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu faciə vaxtı Azərbaycana rəhbərlik edirdi. Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hər şeyi bilməlidir”.

Keçidlər