Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİNDƏN MÜRACİƏT

19 iyun 2020 | 16:00

Şəmkirdən olan aktiv gənc könüllülər şəhid polkovnik Vüqar Yusifovun qəbrini ziayarət edərək, şəhidin dəfn olunduğu Şiştəpə kənd "Şəhidlər Xiyabanında" təmizlik aksiyası keçiriblər. Gənclər şəhid qəbrləri ətrafını alaq otlarından təmziləyib, qəbr üstlərinin tozunu silib, abidənin ətrafını səliqələyiblər.

Sonda Şəmkirdən olan aktiv gənclər Şiştəpə gənclərinə müraciət ediblər. Onlar gəncləri vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizi hər zaman ehtiramla yad etməyə və şəhidlər xiyabanını nəzarətdə saxlamağa çağırıblar. "Unutmayaq ki, onlar bizim firavan yaşamağımız üçün canlarından keçiblər. Onların ehtiramını qorumaq hər birimizin vətəndaşlıq borcudur".

#GİKM #ŞəhidimİZ #GəncKönüllülər #bizbirlikdəgüclüyük #inkişafınmərkəzindəSən

Keçidlər