Şriftin ölçüsü :

Saytın rəngi :

Hamı tibbi maskadan istifadə etməlidir

04 iyun 2020 | 16:00

Koronavirus infeksiyasının (COVİD-19) Şəmkir rayonunda yayılmasının qarşısının alınması ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əhalinin bu dönəmdə tibbi maskalara, dezinfeksiyaedici məhlullara, gigiyenik vasitələrə, spirtlərə gündəlik tələbatının normadan artıq olduğunu nəzərə alaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında Qərərgahın üzvlərinin iştirakı ilə rayonda fəaliyyət göstərən apteklərdə mütamadi reydlər keçirilir.

Rayonda fəaliyyət göstərən Apteklərdə tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanılır, əhalinin təlabatının tam ödənilməsi üçün tövsiyyə və tapşırıqlar verilir.

Eyni zamanda könüllülər tərəfindən mütamadi olaraq əhalinin sıx toplaşdığı yerlərdə pulsuz tibbi maskalar paylanılır.

Aptek sahibləri bildirib ki, Azərbaycanda yerli istehsal başlayandan sonra tibbi maska, spirt və əlcək satışında isə heç bir problem yoxdur.

Qərərgah tərəfindən aptek sahiblərinə istər tibbi maska, istərsə də spirt satışı ilə bağlı xəbərdarlıqlar edilib. Əldə olan imkanlardan maksimum dərəcədə istifadə edərək vətəndaşların tibbi maska və spirtlə təminatına çalışmaları tövsiyə olunub.

Məlumat üçün bildirək ki, RİH başçısı yanında Operativ Qərargah tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin  keçirilmiş növbədənkənar iclasında karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcəklər.

Keçidlər