Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Regional Qaz İstismarı idarəsinin Şəmkir Qaz İdarəsinə yeni rəhbər təyin edilib

20 may 2020 | 16:00

Belə ki, Feyziyev Telman Adil oğlu Şəmkir Regional Qaz İstismarı idarəsinin Şəmkir Qaz İdarəsinə rəhbər təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir Regional Qaz İstismarı idarəsinin rəisi Xaliq Namazov və Şəmkir Qaz İstismarı idarəsinin yeni təyinat almış rəisini qəbul edib.

Alimpaşa Məmmədov ilk öncə T. Feyziyevi təbrik edərək, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.

Yeni təyinat almış Telman Feyziyev də öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib, Şəmkirə layiqli xidmət göstərəcəyi, şəmkirlilərin etimadını qazanacağına əmin olduğunu vurğulayıb.\

 

Keçidlər