Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

20 may 2020 | 16:00

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.

Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində ölkənin hər yerində olduğu kimi Şəmkir rayonunda da iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə inkişaf əldə olunmuşdur.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində sonillər əldə olunmuş nailiyyətlər davam etməkdədir.

2020-ci ilin I rübündə iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcmi 112449 min manat olmuşdur. Adambaşina düşən məhsulburaxılışının həcmi isə 512 manat olmuşdur. Bu dövrdə sənaye sahələrində 17920 min manatlıq (ümumi məhsulun 16,0 faizi), kənd təsərrüfatında 36212 min manatlıq (ümumi məhsulun 32,2 faizi), tikinti sahəsində 16889 min manatlıq (ümumi məhsulun 15,0 faizi), nəqliyyat və rabitə sahələri üzrə 2714 min manatlıq (ümumi məhsulun 2,4faizi) və ticarət sahələri üzrə 38714 min manatlıq (ümumi məhsulun 34,4 faizi) məhsul buraxılışı müəyyən edilmişdir. ÜMB-nin 14,3 faizi dövlət sektorunun, qalan 85,7 faizi isə özəl sekyorun payına düşür.

Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır.

Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.

Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.

Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.

Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

Keçidlər