Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ TİKİLƏN UŞAQ REABİLİTASİYA MƏRKƏZİ BELƏ OLACAQ-FOTOLAR

15 may 2020 | 16:00

"Cənab Prezidentin sosial islahatlar paketi vətəndaş rifahı naminə atılan inqilabi addımdır"

Koronavirus pandemiyası mahiyyətinə görə planetdə nəinki əsrimizin, hətta ötən yüzilliyin böhranlarını kölgədə qoyan müəmmalı böhrana çevrilir. Heç kim nə baş verdiyini anlamır, yaxın qonşularımızda və uzaq ölkələrdə iqtisadiyyat çökür.

Ən güclü dövlətlərin belə liderlərinin siyasi mövqeləri ləngərləyir, qaranlıq və müəmmalı görünən reallıqlar çıxış yollarını tapmağa imkan vermir.

Azərbaycan da dünyanın ayrılmaz bir hissəsi olduğu üçün baş verənlərdən təcrid deyil. Lakin dövlət başçısının praqmatik zəruri addımları vaxtında atmaq və təhlükələrin qarşısını qətiyyətlə almaq, hər bir kəsin dərdini anlamaq və dayaq durmaq bacarığı bizə ölkəmizdə dünyadan fərqli reallıqları müşahidə etməyə imkan verir.

Gözə görünən odur ki, Prezident İlham Əliyev hər zaman hadisələrin önündədir, onun idarə etdiyi Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir. İslahatlar pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam edir, vacib iqtisadi və sosialyönümlü layihələrin icrası təxirə salınmır. Dünyada mövcud olan siyasi və iqtisadi gərginliyə rəğmən ölkəmizdə, demək olar ki, heç bir sahədə fəaliyyət zənciri qırılmır.

Bütün bu işlərin bir parçası və ən önəmlisi Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uşaq bərpa mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləridir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qəbələ və Şəmkir rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanılıb.

Bu gün Şəmkir RİH baçısı Alimpaşa Məmmədov Şəmkir rayonunda artıq tikintisinə başlanılmış sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzində işlərin gedişatı ilə maraqlanıb.

İş icraçıları bildirib ki, mərkəzdə işlər tam sürəti ilə davam etdirilir. Cari ildə tikinti işlərinin başa çatdırılması və mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulur.

İcra başçısına məlumat verilib ki, mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara müasir fizioterapiya metodları əsasında kompleks bərpa müalicəsi xidmətləri göstəriləcək. Bərpa mərkəzində il ərzində 600-dən çox uşaq stasionar və 1000-dək uşaq ambulator formada reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Keçidlər