Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ TƏKRAR GENİŞMİQYASLI DEZİNFEKSİYA İŞLƏRİ BAŞLADI

06 may 2020 | 16:00

#Günün #QəhrəmanlarıI Şəmkir küçələrində

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəmkir rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyəti yanında yaradılan Operativ Qərargah tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Şəmkir şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Bu gün şəhərin prospekt və küçələrində növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.

Şəhərdə yerləşən bütün ərazilər-yaşayış binaları, fərdi evlər, banklar, idarə, müəssisə və təşkilatlar, küçələr, parklar, avtobus dayanacaqları, ictimai nəqiliyyat dezinfeksiya olunub.
Eyni zamanda ilk dəfə olaraq yeni yuyucu məhsulla Şəmkir küçələrində də dezinfeksiya işləri aparılıb.

Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Keçidlər