Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RAYON TƏHSİL ŞÖBƏSİ VƏ ORTA MƏKTƏBLƏR DƏ "#ƏlƏləVerək, #DəstəkOlaq" LAYİHƏSİNƏ QOŞULDULAR

17 aprel 2020 | 16:00

TƏHSİL İŞÇİLƏRİNDƏN 390 AİLƏYƏ DƏSTƏK

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikdəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.

Elimizin səxavətli oğulları, iş adamları, təhisil və səhiyyə, mədəniyyət işçiləri, bank sektorunda çalışanlar da daynamadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.

Bu dəfə #ƏlƏləVerək, #DəstəkOlaq” aksiyasına Şəmkir rayon təhsil işçiləri qoşulub.

Rayon Təhsil şöbəsi və ümumtəhsil məktəbləri tərəfindən indiyədək 390 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmiş, 5 ailəyə (hər bir ailəyə 50 manat) pul, bir ailənin 3 azyaşlı uşaqlarına geyim verilmiş, 1 nəfərin leykoz xəstəsi üçün uşağın hesabına pul vəsaiti köçürülmüşdür. Təhsil şöbəsi tərəfindən 2150 ədəd tibbi maska Şəmkir Rayon Kommunal Müəssisələri Kombinatına və Gəncə Uşaq evinə təqdim ediblər.

Yardım kompaniyasında adları aşağıda göstərilən ümumtəhsil məktəbləri fərqləniblər:

1. Şəmkir RTŞ
2. C.Rüstəmov ad.şəhər tam orta
3. M.Füzuli ad.şəhər tam orta
4. F.Salmanov adına şəhər tam orta
5. Sərxan tam orta
6. Kür qəsəbə 2 №-li tam orta
7. Zəyəm qəsəbə 1 №-li tam orta
8. Zəyəm qəsəbə 2 №-li tam orta
9. Sabirkənd tam orta
10. Bayramlı kənd tam orta
11. Şiştəpə kənd tam orta
12. Zəyəm-Cırdaxan 2 №-li kənd tam
13. İrmaşlı 1 №-li kənd tam orta
14. Çaparlı 1 №-li kənd tam orta
15. Dəllər-Daşbulaq kənd tam orta
16. R.Əliyev ad. kənd tam orta
17. Qapanlı kənd tam orta
18. Abbaslı 2 №-li kənd tam orta
19. Seyfəli kənd tam orta
20. Qasımallar kənd tam orta
21. Dağ Cəyir kənd tam orta
22. Qaranüy kənd ümumi orta
23. M.Əzizbəyov ad. kənd ümumi orta
24. Füzuli kənd tam orta
25. Plankənd 1N-li tam orta
26. Qaracəmirli 1 N-li tam orta
27. S.Vurğun adına Təzəkənd tam orta
28. Qaralar tam orta
29. Dəllər kənd ümumi orta


Aksiya davam edir.

Keçidlər