Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ KARANTİNDƏ OLAN 15 NƏFƏR DƏ AİLƏLƏRİNƏ QOVUŞDU

14 aprel 2020 | 16:00

Bu gün Şəmkir “Excelsior” oteldə karantində olan 69 nəfər xaricdən gələn vətəndaşımızdan 15 nəfəri Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə evlərinə yola salınıb.

Qeyd edək ki, karantindən yola salınan vətəndaşlarımızdan Bakı və Sumqayıt şəhərlərindən olanlar üçün iki ədəd Mersedes Sprinter təşkil edilib, ətraf rayonlardan olanlar isə RİH əməkdaşlarının şəxsi avtomobilləri ilə yola salınıb.

Karantin müddətini başa çatdıran vətəndaşlara Şəmkir RİH başçısının salamını və təbikini çatdıran başçının birinci müavini Qüdrət Əliyev bildirib ki, xoşbəxtlikdən yola salınan insanların heç birində koronavirus infekasiyası aşkar edilmədi.

Birinci müavin bildirib ki, dövlətimiz hər zaman vətəndaşların yanındadır. Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək müxtəlif ölkələrdə olan vətəndaşlarımız dövlət hesabına xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olundu. Şəmkir də bu gün ölkə xaricində yaşayan, çalışan və təhsil alan soydaşlarımıza qucaq açmaqdadır.

Keçidlər