Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI NÖVBƏTİ VİDEO-KONFRANS KEÇİRİB

14 aprel 2020 | 16:00

Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub.

Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejmi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırılıb.

Bildirilib ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalıdır:"Açıq ərazilər təmizliyi nəzarətdə saxlanılmalı, yaşayış binalarında girəcəklər, pilləkən qəfəsələri, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir".

Bütün ödəniş terminalları, bankomatlar isə hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməli, sərnişindaşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin dezinfeksiya olunması xüsusi nəzarətdə saxlanılmalıdır.

İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də 65 yaşdan yuxarı olanların yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verib.

Keçidlər