Şriftin ölçüsü :

Saytın rəngi :

KÖNÜLLÜ MÜƏLLİMLƏR EVDƏ 1000 ƏDƏD MASKA DÜZƏLTDİLƏR

31 mart 2020 | 16:00

Şəmkir RİH başçısı yanında Qərargah tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq nəcib aksiya davam edir.

Belə ki, bu dəfə rayonun fəal müəllimlərindən ibarət könüllüləri tərəfindən evlərdə hazırlanmış, təkrar istifadə oluna biləcək 1000 ədəd qoruyucu maskadan 500 ədədini və tibbi əlcək Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilişini həyata keçirən “Bayburt Group” şirkətinin əməkdaşlarına paylanılıb.

Həmçinin əməkdaşlarla maarifləndirici söhbətlər aparılıb, gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.

“Bayburt Group” şirkətinin əməkdaşları bu nəcib aksiyaya və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

.

Keçidlər