Şriftin ölçüsü :

Saytın rəngi :

"BRAVO" ŞƏMKİR - TEZLİKLƏ

13 mart 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov “Azerbaijan Supermarket” MMC-nin “Bravo” Supermarketlər şəbəkəsinin Layihələrin inkişafı üzrə departamentinin rəhbəri Holger Zimmerman, layihələrin rəhbəri Babək Məmmədov, nümayəndələr Rauf Hüseynov, Aytac Ağazadə, Gülüstan Əliyeva ilə görüşüb.

İcra başçısı əvvəlcə qonaqları salamlayıb və bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub və bu proses Şəmkir rayonunda da uğurla davam edir. Sürətli inkişaf bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Son illərdə ölkəmizdə, o cümlədən Şəmkirdə ən müasir standartlarına cavab verən ticarət mərkəzləri istifadəyə verilib. Bu baxımdan “Bravo” hipermarketinin öz yeri var. Bu cür ticarət mərkəzlərinin Şəmkirdə də yaradılması sakinlərimizin, o cümlədən rayonumuza gələn və sayı durmadan artan turistlərin rahatlığını təmin edir.

“Bravo” Supermarketlər şəbəkəsinin nümayəndələri də göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıq edib, belə bir layihə ilə Şəmkirdə olmaqdan məmnun olduqlarını bildiriblər.

Görüş zamanı Şəmkir şəhərində yaradılacaq Bravo Supermarketinin layihəsi haqqında ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Şəmkirdə fəaliyyətə başlayacaq “Barvo” Supermarketinin artıq ilkin işlərinə start verilib və supermarketin cari ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

.

Keçidlər