Şriftin ölçüsü :

Saytın rəngi :

DAHA BİR KÖNÜLLÜYƏ İCRA HAKİMİYYƏTİ BAŞÇISI APARATINDA YÜKSƏK ETİMAD

12 mart 2020 | 16:00

Şəmkir rayon Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsi Əliyev Cavadxan Elfaq oğluna həvalə olunub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyev Cavadxan Elfaq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsinə təyin edilib.

C.Əliyev 09 noyabr 1993-ci il tarixində Şəmkir şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

Daha öncə Şəmkir Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Cavadxan Əliyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

 

Keçidlər