Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİNİN İNKİŞAF VƏ KARYERA MƏRKƏZİ YENİ ÜNVANDA

05 mart 2020 | 16:00

İCRA BAŞÇISI İLƏ GƏNCLƏRİN SƏMİMİ GÖRÜŞÜ-FOTOLAR

Şəmkir Gənclərinin inkişaf və Karyera Mərkəzi bundan sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün yeni ünvanda gənclərə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.

Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı, eləcə də reallaşdırılan müxtəlif dövlət proqramlarının nəticəsində bu sahə üzrə böyük uğurlar əldə olunub.

Səmimi görüş zamanı icra başçısı gənclərə Ulu Öndərin adı ilə bağlı olan mərkəzdə Şəmkir gəncliyini layiqli təmsil etmələrini, getdikləri Böyük Yolda böyük uğurlar qazanmalı olduqlarını bildirib.

Daha sonra çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

İnkişaf və Karyera Mərkəzinin direktoru Kənan İbrahimov çıxışında Şəmkir rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və xiyabanların, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb.
Sonda xatirə fotosu çəkilib.

Keçidlər