Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

03 mart 2020 | 16:00

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verdi.

Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basdı.

Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər