Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNC HƏKİMLƏR YENİ ADLA, YENİ HEYƏTLƏ ŞƏMKİR SAKİNLƏRİNİN XİDMƏTİNƏ GƏLİR

24 fevral 2020 | 16:00

İlk dəfə 2014-cü ildə Şəmkirdə təsis olunan "Gənc Həkimlər Birliyi" artıq beş ildən çoxdur ki aztəminatlı ailələrin sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə humanist tədbirlər həyata keçirilər.

Onlar rayon ictimaiyyəti arasında sağlamlığın gənc keşikçiləri kimi böyük rəğbət qazanıblar.

Birliyin müxtəlif kənd və qəsəbələrdə keçirdiyi pulsuz aksiyalarda insanların müayinəyə axımı onlara olan inamın, sevginin bariz nümunəsidir.

Gənc həkimlərin gördüyü işlər haqqında çox yazmaq, çox danışmaq olar. Təkcə onu bildirək ki, birlik üzvləri bütün rayon ərazisini gəzib, on minlərlə sakinin pulsuz tibbi müayinə və müalicəsini həyata keçirib, yüzlərlə insanı təmənnasız əməliyyat edib, tibb sahəsində müxtəlif tədbirlər və konfranslar keçiriblər.

Şəmkir Gənclər Mərkəzində birlik üzvlərin növbəti toplantısı keçirildi. Gənclərin doğma məkanı olan mərkəzdə “Gənc Həkimlər Birliyi”nin üzvləri artıq yeni adla Şəmkir ictimaiyyətinə xidmət etməyə başlayacaqlarını bildirdilər. Eynui zamanda birliyin heyətində də dəyişikliklər edildi.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Mərkəzi Xəstəxanasının direktoru Yusif Quliyev, Şəmkir Rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov, Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin direktoru Kənan İbrahimovun da iştirak etdiyi tədbirdə bildirildi ki, “Gənc Həkimlər Birliyi” bundan sonra “Gənc Təbiblər Birliyi” olaraq fəaliyyət göstərəcək. Birliyin sədri Samir Namazov, sədr müavini isə Elçin Əliyev seçilib.

“Gənc Təbiblər Birliyi” adı kimi heyətində də yeniliklər edilib. Beləki bundan sonra birliyin sıralarında ixtisaslı həkimlərlə yanaşı, kiçik və orta tibb işçiləri də sakinlərə xidmət göstərəcəklər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə sağlamlığımızın gənc keçikçilərini: “Milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. Siz dəyərli həkimləri təbrik edir, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayıram”.

Tədbirin sonunda yenilənmiş “Gənc Təbiblər Birliyi” işlərini daha da səmərəli şəkildə qurulması, müəyyən yeniliklərin gətirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli addımların atılması qarşıya prioritet kimi qoyulub.

Keçidlər