Şriftin ölçüsü :

Saytın rəngi :

"GƏNC TƏRBİYƏÇİLƏR BİRLİYİ"NƏ YENİ SƏDR SEÇİLDİ

24 fevral 2020 | 16:00

Şəmkir rayonunda gənclərlə bağlı uğurla icra olunan layilərdən biri də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan “Gənc Tərbiyəçilər Birliyi”dir.

Birliyin yaradılmasında məqsəd şəmkirli körpələrin sağlam və düzgün böyüməsi istiqamətində məqsədyönlü işlər görməkdir.

“Gənc Tərbiyəçilər Birliyi”nin üzvləri rayonun ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamaqla yanaşı, körpələr evi-uşaq bağçalarında tərbiyəçilər arasında təcrübə mübadiləsinin aparılması, körpələrin dünya görüşünün fərqli və maraqlı formalaşması istiqamətində də mühüm işlər görürlər. Bu isə istər rayon rəhbərliyi, istərsə də ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib.

Elə birliyə sədr seçimi üçün keçirilən iclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gəncləri tək buraxmamışdı. İcra başçısı çıxışında isə rayonda fəaliyyət göstərən “Böyük Yol” Gənclərin İctimai Birliyinin tərkib hissəsi olan “Gənc Həkimlər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi”, “Gənc Müəllimlər Birliyi”, “Gənclərin Mədəni İnkişafı Birliyi” və “Gənc Xeyriyyəçilər Birliyi”nin fəaliyyətlərini yüksək qiymətləndirib, onların gördükləri işlərin əvəzi olmadığını bildirib.

Tədbirin sonunda birlik üzvlərinin səsverməsinin nəticəsinə görə Elvira Allahverdiyeva “Gənc Tərbiyyəçilər Birliyi”nin sədri seçilib.

Göstərilən etimada görə birlik üzvlərinə təşəkkür edən yeni sədr birliyin fəaliyyətinin daha da genişləndirilməsi, birliyə yeni ideaların tətbiqi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elvira Allahverdiyevanı təbrik edir, işlərində uğurlar arzulayırıq!

Keçidlər