Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNC SAHİBKARIN YENİ OBYEKTİNİN AÇILIŞINI GƏNCLƏR ƏYLƏNCƏLİ PROQRAMLA QEYD ETDİLƏR

06 fevral 2020 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır.

Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.

Bu gün isə Şəmkir şəhərində müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.

Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən “Ay Çiçəyim” mağazasının açılış mərasimində gənclər xüsusi fəallıq göstəriblər. Onlar həm yeni sahibkarlıq obyektlərinin istifadəyə verilməsinin sevincini yaşayıb, həm də musiqili proqramla əyləniblər.

Tər çiçəklərin satış mərkəzi olan “Ay Çiçəyim” mağazası müasir standartlara uyğun təchiz edilmiş və müştərilərə yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır.

Tədbirdə çıxış edən gənclər qeyd edib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir.

Daha sonra tədbir iştirakçıları mağazada yaradılan şəraitlə əyani tanış olublar.

 

Keçidlər