Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI XALQ RƏSSAMINI QƏBUL EDİB

15 yanvar 2020 | 16:00

Görüş zamanı icra başçısı qonaqları salamlayıb, Azərbaycan xalqının ən dəyərli mədəni irslərinin təbliğatçılarını Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.

Qonaqlar da Şəmkir RİH başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürlərini bildirib, rayona səfərləri barədə məlumat veriblər.

Görüş zamanı qonaqlar Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında da söhbət açıb, fikir mübadiləsi aparıblar.

Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq əsərlərin müəllifi Natiq Əliyev Şəmkirin qısa zamanda Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, rayondakı gözəlliyə, xüsusilədə tarixi mədəniyyət izlərinə valeh olduğunu bildirib.

Görüş zamanı Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şəmkir şəhərində Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xatirəsini əbədiləşdirmək üçün ucaldılacaq heykəl haqda da müzakirələr aparılıb.

Keçidlər