Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİDİN XATİRƏSİNİ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ KEÇİRİLİB

07 yanvar 2020 | 16:00

Bu gün Şəmkir Olimpiya İdman Kompleksində YAP Şəmkir rayon Gənclər Birliyinin, Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2019-cu ildə şəhid olmuş, əslən Şəmkir rayonunun Qılıncbəyli kəndindən olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum gününə həsr olunmuş mini futbol turniri keçirilmişdir.

Turnirin rəsmi hissəsində turnirin təşkilatçıları, şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin yaxın qohumları, ailə üzvləri və azarkeşlər iştirak ediblər.

Çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan, döyüş tapşırıqlarını yüksək səviyyədə icra etməsindən, Vətənə, Dövlətə, Millətə bağlılığından söz açıblar.

Turnirin start fitindən öncə şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra komandalar meydanda güclərini sınayıblar. Gərgin keçən yarışda Düyərli kənd komandası 1-ci yerin, Şəmkir şəhər komandası 2-ci yerin, Çaparlı kənd komandası 3-cü yerin qalibi olub.

Qalib komandalar xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər