Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇSI ŞƏMKİRDƏ YAŞAYAN AZSAYLI XALQLARIN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDÜ

19 dekabr 2019 | 16:00

Müstəqil Azərbaycan dövləti hər zaman ölkəmizdə yaşayan azsaylı xalqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə diqqətlə yanaşdı, qayğı göstərdi.

Cənab Prezident İlham Əliyev tərəfindən bu siyasət bu gün də davam etdirilir. Nəticədə ölkəmizdə ta qədim zamanlardan müxtəlif millətlərin və dinlərin nümayəndələri bir-biri ilə qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar.

Bu gün Şəmkir rayonunda da bu məsələyə xüsusi diqqət yetirilir. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən azsaylı xalqlarla bağlı hər il silsilə tədbirlər, görüşlər keçirilir.

Dekabrın 18-də rayon ərazisində yaşayan 16 azsaylı xalqın nümüyəndələri ilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının görüş də yaddaqalan oldu.

İcra başçısı azsaylı xalqıların nümayəndələrinin qarşıdan gələn bayramlarını təbrik edib, onların probelemləri ilə maraqlanıb.

Səmimi söhbət şəraitində keçirilən görüşdə Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan tolerantlığa görə tarix boyu seçilmiş, bir çox dünya ölkələrinə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016- cı ili “Multikulturalizm ili” elan etməsi müxtəlif dinlərdən olan insanların ölkəmizdə sıx bir ailə kimi yaşamalarına daha bir əyani sübutdur.

İcra başçısı Azərbaycanın tolerant bir dövlət olduğunu multikulturalizmin xalqımızın adi həyat tərzinə çevrildiyini görüş iştirakçılarının diqqətinə çatdırırıb.

Görüşdə azsaylı xalqların nümayəndələri çıxış edərək daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər