Şriftin ölçüsü :

Saytın rəngi :

”GƏNCLƏRLƏ İŞ SAHƏSİNDƏ İNSAN HÜQUQLARI VƏ DEMOKRATİK VƏTƏNDAŞLIQ TƏHSİLİ” TƏLİM-SEMİNARININ 1-Cİ GÜNÜ BAŞ TUTDU

18 dekabr 2019 | 16:00

17 Dekabr 2019-cu il tarixində Şəmkir rayonunda "Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili" təlim-seminarının 1-ci günü baş tutdu.

Layihənin məqsədi, İnsan hüquqları və demokratik vətəndaşlıq təhsilinin gənclərlə iş sahəsində tətbiq və inkişaf etdirilməsi, həmçinin Azərbaycanın bölgələrində yaşayan gənclərin bu sahədə bilik və potensialının gücləndirilməsidir.

Təlim-seminarlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılışda Şəmkir Rayon İcra hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir Rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova iştirak etmişdir.

Şəmkir rayonunda 17-21 dekabr tarixlərini əhatə edəcək layihə 5 gün davam edəcəkdir.

 

Keçidlər