Şriftin ölçüsü :

Saytın rəngi :

ÖLKƏMİZİ TANIYAQ" İŞTİRAKÇILARI ŞƏMKİRLƏ TANIŞ OLUBLAR

21 noyabr 2019 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Bakının Quba,Qusar, Şabran, Pirallahı,Sabunçu, Suraxanı, Nizami, Səbail, Yasamal məktəbliləri Şəmkir rayonunda olublar.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan məktəblilərlə görüşüb, onlara Şəmkirdə mənalı istirahət arzulayıb.

İcra başçısı əvvəlcə Şəmkir rayonu haqqında məktəblilərə məlumat verib, bu layihənin onların gələcək inkişafındakı əhəmiyyətindən danışıb.

Görüşdən sonra Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir şəhər Parkı ilə tanış olan "Ölkəmizi tanıyaq" iştirakçıları daha sonra Şəmkir Tarix-Diyarşünaslıq muzeyində, Alman lüteran kilsəsində olublar.

Məktəblilər Şəmkir rayonundan xoş təəssüratlarla ayrılıblar.

Keçidlər