Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı: "Ölkəmizi tanıyaq" tur-aksiyası məktəblilərin həyatında xüsusi əhəmiyyət kəsb edir"

16 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanımızın dilbər güşələrindən olan Qəbələ, Şəki, Zaqatala rayonlarına səfər edəcək şagirdlər arasında rayonun 19 ümumtəhsil orta məktəbindən 40 nəfər Şəmkir məktəbliləri də var.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihə çərçivəsində səfərə çıxacaq rayonda təhsilində təlim-tərbiyəsi və təhsili ilə fərqlənən 9-10-11-ci sinif şagirdləri ilə görüş keçirib.

Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin ölkəmizdə gedən inkişaf, regionlarda aparılan quruculuq işləri və ən əsası Azərbaycanın rayonlarını tanıması, olduqları rayonların məktəbliləri ilə əlaqə qurması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
İcra başçısı bildirdi ki, “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyada səyahət zamanı rayonların tarixini, mədəniyyətini özündə əks etdirən mərkəz və muzeylərdə, şəkil qalereyalarında olmaq həmin rayonlar haqqında bilgi əldə etməyiniz, eyni zamanda sizin dünya görüşünüzün artmasına səbəb olacaqdır.

Alimpaşa Məmmədov qeyd edib ki, bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.

Görüş zamanı Şəmkir məktəbliləri və valideyinlər də bu şəraiti onlara yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər