Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı: "Cənab Prezidentin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə möhkəm xalq-iqtidar birliyi yaranıb"

13 noyabr 2019 | 16:00

İcra başçısı: "Cənab Prezidentin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə möhkəm xalq-iqtidar birliyi yaranıb"

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Hər kənddə olduğu kimi Sabirkənd sakinləri böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.

Qəbuldan öncə icra başçısı kənd sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir: “Çünki Cənab Prezidentin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə möhkəm xalq-iqtidar birliyi yaranıb. Xalqın hökumətə inamına görə indi ölkəmiz dünyada birinci onluqdadır. Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bu gün dövlətimizin gücünün mənbəyi budur. Xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək Cənab Prezidentə də əlavə güc verir”.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər